cümə, 26 aprel 2024

DÜNYA FUTBOLU

"Bavariya"nın futbolçusu həbs edilib

14.10.2021 11:41 Oxundu 439


İspaniya məhkəməsi "Bavariya"nın futbolçusu Lukas Hernandesə 6 aylıq həbs cəzası verib.

"CEMPİON.AZ" "Marca"ya istinadən xəbər verir ki, Fransa millisinin üzvü 2010-cu ildə Madrid küçələrinin birində sevgilisi Ameliya Lorente ilə dalaşıb. Məhkəmə 2017-ci ildə onlara 31 günlük ictimai iş cəzası verib və  ay bir-birinə yaxınlaşmağı qadağan edib.
Buna baxmayaraq, cütlük bu yaxınlarda Mayamidə istirahətə yollanıb. Məhkəmənin qərarına əmək etmədiyi üçün Hernandesə 6 aylıq həbs cəzası verilib. Futbolçunun vəkili apellyasiya məhkəməsinə müraciət edib. İşə 10 gün ərzində baxılmalıdır.