şənbə, 20 aprel 2024

BİZİM FUTBOL

Millimizin üzvü Ukraynada qol vurdu

24.10.2021 17:37 Oxundu 1171


Millimizin hücumçusu Rüstəm Əhmədzadə Ukrayna Premyer Liqasında növbəti oyununa çıxıb.

"CEMPİON.AZ" xəbər verir ki, onun çıxış etdiyi “Minay” 12-ci turda “Rux”un qonağı olub.
Görüş 2:2 hesabı ilə başa çatıb. Start heyətdə meydana çıxan Əhmədzadə 12-ci dəqiqədə hesabı açıb. 62-ci dəqiqədə sarı vərəqə alan Rüstəm 71-ci dəqiqədə əvəzlənib.
Xallarının sayını 8-ə yüksəldən “Minay” turnir cədvəlində 16 komanda arasında 12-ci pillədə qərarlaşıb.