çərşənbə axşamı, 16 aprel 2024

DÜNYA FUTBOLU

Namik Ələsgərov qol hesabını açdı

24.10.2021 18:11 Oxundu 1207


Millimizin üzvü Namiq Ələsgərov “Bursaspor”da qol hesabını açıb.

"CEMPİON.AZ" xəbər verir ki, o, Türkiyə 1-ci liqasının 10-cu turunda hazırda “Balıkesirspor”la keçirilən oyunda hesabı açıb. Ələsgərov görüşün 29-cu dəqiqəsində rəqib qapısına yol tapıb. Bu, Namiqin “Bursaspor”da rəsmi oyunlarda ilk qoludur.
Hazırda matçda fasilədir və “Bursaspor” 1:0 öndədir.