cümə, 19 aprel 2024

BİZİM FUTBOL

"Qarabağ" derbidə böyük hesablı qələbəyə sevinib - VİDEO

30.10.2021 20:49 Oxundu 589

Premyer Liqanın 9-cu turunda Azərbaycan derbisi baş tutub.

"CEMPİON.AZ" xəbər verir ki, "Qarabağ" azarkeşləri önündə "Neftçi"ni qəbul edib. Matça sürətli başlayan meydan sahibləri böyük hesablı qələbəyə seviniblər.
Qurban Qurbanovun komandası paytaxt təmsilçisinin qapısından 4 cavabsız top keçirib. 
Qeyd edək ki, bu qarşılaşmaya qədər hər iki komanda 17 xalla ilk pilləni bölüşürdü. Böyük hesablı qələbədən sonra "Qarabağ" xal ehtiyyatını 20-yə çatdırıb və turnir cədvəlinə şəriksiz liderlik edir.