12.08.2016 15:31
3075
3075
Rio-de-Janeyroda təşkil olunan XXXI Yay Olimpiya Oyunlarında sərbəst güləş yarışları avqustun 19-21-də keçiriləcək.
Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, baş məşqçi Saypulla Absaidov, böyük məşqçi Firdovsi Umudovun rəhbərliyi altında sərbəst güləş yarışlarında Hacı Əliyev (57 kq), Toğrul Əsgərov (65 kq), Cəbrayıl Həsənov (74 kq), Şərif Şərifov (86 kq), Xetaq Qazyumov (97 kq) və Cəmaləddin Məhəmmədov (125 kq) mübarizə aparacaqlar.
Proqrama əsasən, avqustun 19-da 57, 74 kq, bir gün sonra 86, 125 kq, son yarış günündə isə 65 və 97 kiloqram çəkidə sərbəst güləşçilər yarışacaqlar.
Hazırda güləşçilərimiz Rio-de-Janeyroda təlim-məşq toplanışında iştirak edirlər.