şənbə, 20 aprel 2024

DÜNYA FUTBOLU

Poçittino: "Təşəkkür edirəm, ciao"

25.11.2021 16:49 Oxundu 407

Jurnalistlər Muirisio Poçettinodan PSJ-nin Çempionlar Liqasında "Mançester Siti"yə 2:1 hesablı məğlubiyyətindən sonra fevralda pley-off mərhələsində komandada qalıb-qalmaması ilə bağlı suala cavab verməkdən yayınıb.
"CEMPİON.AZ"
xəbər verir ki, argentinalı verilən suala gülüşlə "Təşəkkür edirəm, ciao" (italiyan dilində "salam") cavab verib. PSJ 49 yaşlı mütəxəssisin mövsümün yarısında ayrılmasına icazə vermək istəmədyini bildirib.
Həmçinin mətbuatda belə bir şaiyə gəzir ki, Poçettinonun "Mançester Yunayted"ə keçmə ehtimalı ilə əlaqədaq PSJ klubunun rəhbərliyi Zinəddin Zidanla görüşüb.

Qeyd edək ki, "Mançester Yunayted" hazırda baş məşqçi postu üçün müvəqqəti təyinatı nəzərdən keçirir və artıq "Lion"un keçmiş baş məşqçisi Rudi Qarsiya, "Barselona"nın keçmiş baş məşqçisi Ernesto Valverde və hazırda Moskva Lokomotivində idman və inkişaf departamentinin rəhbəri olan Ralf Rangniklə danışıqlar aparıb.