519
.+100 kq çəki dərəcəsində təmsilçimiz Uşanqi Kokauri mübarizəyə 1/16 finaldan qoşulub. Avropa çempionatının bürünc medalçısı mərhələ adlamaq üçün latviyalı Arturs Nikiforenko ilə üz-üzə gəlib. Döyüş cüdoçumuzun təmiz qələbəsi ilə yekunlaşıb. Kokauri ipponla mərhələ adlayıb.Yığmamızın ən ağır çəkili cüdoçusu 1/8 finalda Hisoyoşi Harasava (Yaponiya) ilə qarşılaşıb. Görüş rəqibin qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, Kokuaridən öncə Rioda mübarizə aparan 5 cüdoçumuzdan 2-si medal sevinci yaşayıb. Rüstəm Orucovla (73 kq) Elmar Qasımov (100 kq) ölkəmizə gümüş medal qazandırdıqları halda, Orxan Səfərov (60 kq) 5-ci, Məmmədəli Mehdiyev (90 kq) 7-ci yeri tutub. Nicat Şıxəlizadə (66 kq) isə ikinci görüşündə məğlubiyyətə üzülüb.