cümə axşamı, 25 aprel 2024

DÜNYA FUTBOLU

Ronaldo dizini zədələyib - "Arsenal"la oyundan kənar qala bilər

04.12.2021 15:05 Oxundu 414


“Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldonun növbəti oyuna çıxıb-çıxmayacağı sual altına düşüb. 
"CEMPİON.AZ"
xəbər verir ki, jurnalistlər bu barədə klubun yeni baş məşqçisi Ralf Ranqnikə sual ünvanlayıb. Alman mütəxəssis həmin vaxt diqqəti oyunçusunun peşəkarlığına çəkib:
"O, heyrətamiz peşəkardır. Onun yaşında mən hələ də fiziki cəhətdən bu qədər sağlam futbolçu görməmişəm. O, asanlıqla fərq yarada bilən oyunçudur".
Xatırladaq ki, Ronaldo "Arsenal"la oyun vaxtı, 70-ci dəqiqədə penalti ilə komandasının qələbə qoluna imza atdıqdan sonra meydançada narahat bir şəkildə yüksəkliyə tullanaraq yerə düşüb. Bu hərəkət onun dizinin zədələnməsinə səbəb olub. Portuqaliyalı oyunun qurtarmasına cəmi iki dəqiqə qalmış Entoni Martial ilə əvəzlənənə kimi aldığı ağrı ilə oynamağa davam edib.
​Qeyd edək ki, bu zədənin
 onun “Kristal Pelas”la qarşılaşmada iştirakına əngəl törədəcəyi deyilir. Sözügedən qarşılaşma sabah keçiriləcək.