cümə axşamı, 28 mart 2024

BOKS

Azərbaycan Beynəlxalq Boks Assosiasiyasına 10 milyon dollar rüşvət verib? – İDDİA

13.12.2021 16:11 Oxundu 1308

Ağır atletika və müasir beşnövçülüklə yanaşı Beynəlxalq Boks Assosiasiyasına da xəbərdarlıq edilib ki, əgər təkmilləşə bilməsə və bəzi ciddi korrupsiya iddiaları ilə mübarizə aparmasa, boks, artıq Olimpiya idman növü olmayacaq.
"CEMPİON.AZ" xəbər verir ki, bu barədə “BestBetUSA” saytında məqalə dərc olunub.
Bildirilir ki, Beynəlxalq Olimpiya Komitəsinin (BOK) bu qərarının arxasında duran əsas səbəblərdən biri hüquqşünas Riçard Maklarenin 2016-cı il Rio Olimpiadasındakı oyunlarda boks turnirində korrupsiya, rüşvətxorluq və idman nəticələrinin manipulyasiyası ilə bağlı geniş dəlillərin olduğunu ortaya qoyan son hesabatı olub.
Sayt həmçinin iddia edir ki, Azərbaycan da London-2012 olimpiya oyunlarında döyüşlərin öz boksçularının xeyrinə başa çatması qarşılığında Beynəlxalq Boks Assosiasiyası (AIBA) 10 milyon dollar məbləğində rüşvət verib.
Qeyd edək ki, Azərbaycan İngiltərənin paytaxtı Londanda keçirilən 2012 Yay Olimpiya Oyunlarında 53 idmançı ilə 15 idman növündə təmsil olunub. İdmançılarımız 2 qızıl, 2 gümüş, 6 bürünc medal qazanıb. Boksçulardan Teymur Məmmədov və Məhəmmədrəsul Məcidov da bur turnirdə bürünc medal qazanıblar.