cümə, 29 mart 2024

BİZİM FUTBOL

Stamenkoviç getdi, amma...

16.12.2021 23:10 Oxundu 1025


"İnanıram ki, Azərbaycana növbəti dəfə qayıdanda burada futbolun səviyyəsi daha yüksək olacaq və "Sabah" hədəflərinə çatacaq. Mən də tribunada oturub onlara dəstək olacağam. Mən və ailəm sizə minnətdarıq. 8 ildə mənə çox gözəl münasibət göstərmisiniz. Futbolunuzun inkişafı üçün jurnalistlərin də rolu böyükdür. "Sabah" və "Neftçi" azarkeşlərinə təşəkkürümü bildirirəm".

Bu fikirləri "Sabah"la vidalaşan serbiyalı qapıçı Saşa Stamenkoviç "CBC Sport"a açıqlamasında deyib.

Qolkiper bildirib ki, bu gediş karyerasını bitirmək anlamına gəlmir: "Mən yenidən Azərbaycana qayıdacam. “Sabah”la vidalaşmıram. Hər zaman bu komandaya və Azərbaycan millisinə azarkeşlik edəcəyəm. Mənə həyatda hər şeyi Azərbaycan verib. İndilik həll etməli olduğum kifayət qədər problemim var. Bu, şəxsi problemlərdir. Hər zaman nikbin insan olmuşam. Mənfi şeylər haqqında danışmaq istəmirəm. Ona görə də bu cür şeyləri ikinci plana atıram".