cümə axşamı, 27 yanvar 2022

BİZİM FUTBOL

De Byazi: “Qrupda öz sözümüzü deyə bilərik"

16.12.2021 23:36 Oxundu 758


Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Canni De Byazi UEFA Millətlər Liqasında 2022/2023 mövsümünün püşkatmasını dəyərləndirib:

“Belə demək mümkünsə, kifayət qədər balanslı qrupda mübarizə aparacağıq.Slovakiya qrupun favoritidir.Yəqin ki, bunu deməklə yeni nəsə söyləmiş olmayacağıq. Belarus və Qazaxıstan-Moldova cütünün qalibi ilə gərgin mübarizə aparacağıq. Lakin düşünürəm ki, mövsümün sonuna doğru formada olsaq, qrupda yaxşı mənada öz sözümüzü deyə bilərik".

C Liqasında yer alan Azərbaycan millisi Slovakiya, Belarus və Qazaxıstan-Moldova cütünün qalibi ilə birlikdə 3-cü qrupda mübarizə aparacaq.