çərşənbə, 24 aprel 2024

DÜNYA FUTBOLU

Dekabrın ən yaxşısı o oldu 

14.01.2022 16:51 Oxundu 393

İngiltərə Premyer Liqasında ayın futbolçusu bəlli olub.
"CEMPİON.AZ"
xəbər verir ki, dekabrın ən yaxşısı adına Rahim Sterlinq layiq görülüb. “Mançester Siti”nin vingeri ötən ay 5 qol və bir assistə imza atıb. O, bu qollardan ikisini penaltidən vurub. Sterlinq ay ərzində 5 matçda iştirak edib. O, daha iki görüşdə ehtiyatda qalıb. 
Qeyd edək ki, Sterlinq üçüncü dəfə bu mükafatı alır. O, sonuncu dəfə 37 ay öncə - 2018-ci ilin noyabrında ən yaxşı seçilib.