cümə axşamı, 25 aprel 2024

DÜNYA FUTBOLU

Afrika Millətlər Kubokunun nəticəsi millimizi yerindən oynada bilər - FiFA reytinqində 

15.01.2022 10:52 Oxundu 388

Kamerunda keçirilən Afrika Millətlər Kubokunun nəticələri Azərbaycan millisinə də təsir edə bilər. 
"CEMPİON.AZ"
xəbər verir ki, yarış iştirakçılarından bəziləri FİFA reytinqində irəliləmək imkanına malikdir. Afrikanın 5 yığması bu siyahıda Azərbaycanı keçə bilər. Millimiz üçün Zimbabve, Sudan, Malavi, Komor adaları və Efiopiya təhlükə kəsb edir. Bu komandaların qitə çempionatındakı uğurlu çıxışı yığmamıza sərfəli deyil. Elə bu səbəbdən də milli üzvləri potensial təhlükə kəsb edən komandaların rəqiblərinə azarkeşlik etməlidir. Lakin təhlükə təkcə Afrikadan deyil. Yığmamız Qvatemalanın da nəfəsini hiss etməkdədir. KONKAKAF təmsilçisi millimizi arxada qoymaq imkanına malikdir. Komandamız hazırda 1139  xalla 120-ci yerdədir.