cümə axşamı, 18 aprel 2024

DÜNYA FUTBOLU

Oyunçularına bir gün istirahət verdiyini unutdu - Kimsəsiz Karrinqtondan evə döndü

15.01.2022 11:22 Oxundu 401

“Mançester Yunayted”in baş məşqçisi Ralf Ranqnikin bir neçə gün əvvəl yaşadığı maraqlı hadisə üzə çıxıb.
"CEMPİON.AZ"
 "dailymail"ə istinadən xəbər verir ki, 63 yaşlı almaniyalı oyunçularına istirahət verdiyini unudaraq, məşq üçün Karrinqtona gedib. O, bazanın önündə futbolçuların avtomobillərinin, test götürmək üçün gəlməli olan tibb maşınının olmadığını görüncə klub nümayəndələrinə zəng vurub. Onlar Ranqnikə vəziyyətin nə olduğunu xatırladıb.