cümə, 20 may 2022

DÜNYA FUTBOLU

FIFA ilin ən yaxşılarını təqdim edəcək

17.01.2022 14:03 Oxundu 232


Bu gün FIFA ilin ən yaxşılarına "The Best" mükafatını təqdim edəcək.
"CEMPİON.AZ" xəbər verir ki, ilin ən yaxşı oyunçusunun da adının açıqlanacağı tədbir onlayn keçiriləcək. FİFA 1991-ci ildən ilin futbolçusunu mükafatlandırır. Beynəlxalq Futbol Federasiyası 2009-cu ilə qədər mükafatın sahibini müstəqil şəkildə təsdiqləyib. 2010-2015-ci illərdə bu mükafat "France Football" jurnalı ilə birgə verilib və FİFA-nın "Qızıl Top"u adlandırılıb. 2016-cı ildən bəri iki mükafat təqdim olunur. Hazırda sözügedən mükafat Beynəlxalq Futbol Federasiyasının "The Best" adlanır.

Bu dəfə  ilin ən yaxşı futbolçu adına argentinalı Lionel Messi (PSJ, Fransa), polşalı Robert Levandovski (“Bavariya”, Almaniya  və misirli Məhəmməd Salah ("Liverpul", İngiltərə) iddia edir.

Ötən ilin ən yaxşısı olmağa namizəd qadın futbolçular isə bunlardır:

- Cennifer Ermoso (İspaniya/"Barselona")

- Samanta Kerr (Avstraliya/"Çelsi")

- Aleksiya Putelyas (İspaniya/"Barselona").

2021-ci ilin ən yaxşı baş məşqçisi adına İtaliya millisinə rəhbərlik edən Roberto Mançini, onun İngiltərənin "Mançester Siti" və "Çelsi" klublarındakı həmkarları, müvafiq olaraq, Xosep Qvardiola və Tomas Tuhel iddialıdır.

Qadın futbolunda isə Lüis Kortes (İspaniya/"Barselona"), Emma Heyz (İngiltərə/"Çelsi") və Sarina Viqman (Niderland/Niderland millisi/İngiltərə millisi) namizəddir.

Bundan əlavə, tədbirdə ən yaxşı qadın və kişi qapıçılar, ilin ən yaxşı qolu, azarkeşi, "fair play" mükafatı, həmçinin qadınlar və kişilərdən ibarət ilin rəzmi komandası təqdim ediləcək.