çərşənbə axşamı, 20 yanvar 2026

BİZİM FUTBOL

“Təyyarəçilər”in Gəncə səfəri

13.08.2016 09:25 Oxundu 524

Bu gün Topaz Premyer Liqasının II turunda daha bir oyun baş tutacaq. Günün tək qarşılaşması Gəncədə keçiriləcək.Mövsümə uğursuz start verərək son iki sırada qərarlaşmış “Kəpəz” və AZAL birincilərin meydanında münasibətlərinə aydınlıq gətirəcəklər.Avroliqadakı uğursuz çıxışdan sonra çempionata da məğlubiyyətlə start verən Şahin Diniyevin yetirmələri ümumilikdə ardıcıl 3 oyundu ki, qol vurmadan uduzur. Meydan sahiblərinin əsas hədəfi uğursuz seriyanı dayandırmaqdı.İlk turda “Neftçi” ilə oyunda istədiyi nəticəni əldə edə bilməyən “təyyarəçilər” isə çətin səfərdən ən az 1 xalla qayıtmağı planlaşdırırlar.

Topaz Premyer Liqasında 2016/2017-ci illər mövsümünün II turu çərçivəsində keçiriləcək “Kəpəz” – AZAL oyununa baxmaq üçün arenaya giriş pulsuz olacaq. Klub rəhbərliyi “sarı-göylər”in yeni çempionatda Gəncədə ilk ev oyunu olduğundan stadionda bilet satışını həyata keçirməyəcək.

Xatırladaq ki, klub rəhbərliyi tərəfindən ötən mövsümün əvvəlində də eyni addım atılmışdı.

Topaz Premyer Liqası

II tur

13 avqust (şənbə)

17:00. “Kəpəz” – AZAL
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Yaşar Abbasov
Əlavə köməkçi hakimlər: Rauf Cabbarov, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Eldar Qasımov
Hakim-inspektor: Şahin Cəfərov
Gəncə şəhər stadionu