çərşənbə axşamı, 23 aprel 2024

DÜNYA FUTBOLU

Afrika Kubokunun pley-off mərhələsinin oyununda stadion dəyişikliyi

26.01.2022 11:08 Oxundu 382

Olembe stadionunda keçirilməli olan Afrika Millətlər Kubokunun 1/4 final mərhələsinin təxirə salındığını bildirib.

"CEMPİON.AZ" xəbər verir ki, bu barədə Associated Press-in jurnalisti Rob Harris Afrika Futbol Konfederasiyasının (CAF) prezidenti Patris Motsepenin bəyanatına istinadən tvitterdə məlumat yayıb.
“Olembe”nin qəbul etməli olduğu 1/4 finalın oyunlarından biri paytaxtdakı başqa stadiona köçürülüb. Onda iştirak edəcək komandalar hələ müəyyənləşməyib.
Qeyd edək ki, insident Kamerunun paytaxtında turnirin ev sahiblərinin Komor millisi ilə qarşılaşdığı 1/8 final matçından əvvəl baş verib. 60 min nəfərlik tribunalara 50 minə yaxın azarkeşin daxil olması nəticəsində baş verən hadisədə 8 ölüm, 50 yaralanma hadisəsi qeydə alınmışdı.