cümə, 26 aprel 2024

DÜNYA FUTBOLU

Uruqvay millisində koronavirusa yoluxma qeydə alındı

26.01.2022 16:58 Oxundu 391

"Fiorentina”nın yarımmüdafiəçisi Lukas Torreyra və Türkiyənin “Fənərbaxça” komandasının hücumçusu Dieqo Rossi, həmçinin Uruqvay milli futbol komandasının oyunçuları koronavirusa yoluxub.
"CEMPİON.AZ"
xəbər verir ki, bu barədə Uruqvay Futbol Assosiasiyasının rəsmi "Twitter" hesabında məlumat yayılıb. 
Bununla bağlı Aqustin Kanobbio (azad agent), Brayan Okampo (Nacional Montevideo) və Fernando Qorriaran (Santos Laquna, Meksika) milliyə çağırılıb.
Uruqvay millisi dünya çempionatının seçmə mərhələsinin oyunlarına Qətərdə hazırlaşır. Uruqvaylılar yanvarın 27-də paraqvaylılarla, fevralın 1-də isə venesuelalılarla qarşılaşacaqlar.