çərşənbə, 21 yanvar 2026

DÜNYA FUTBOLU

Əmrə Mor tarixə qovuşdu

15.06.2016 14:22 Oxundu 340

Belə ki, matçın 69-cu dəqiqəsində oyuna daxil olan “Borussiya”nın yeni üzvü Türkiyənin Avropa çempionatları tarixində çıxış edən ən gənc futbolçusu olub.

O, bunu 18 yaş 323-cü günündə bacarıb.

Qeyd edək ki, Türkiyə millisinin futbolçu Əmrə Mor türk xalqının ona göstərdiyi diqqətdən məmnun qaldığını dilə gətirib: “Məni ilk gündən sevdilər və bunu ən yaxşı şəkildə də davam etdirirlər. Mən də onlarla daha yaxşı ünsiyyət qurmaq üçün Dortmunda dönən kimi öncə türkcəni öyrənməliyəm. Buna görə də dərslərə başlayacağam”.

Qeyd edək ki, Əmrə Mor 1997-ci ildə Danimarkada anadan olub. Atası türk, anası makedoniyalıdır. Türkiyə A milli komandasına çağırılına qədər Danimarkanın “Nordsjaelland” klubunda çıxış edib. Bir neçə gün əvvəl isə Dortmund “Borussiya”sı ilə 5 illik müqavilə bağlayıb.