13.08.2016 11:44
713
713
Bakının "İnter" klubunun Müşahidə Şurasının tərkibində dəyişiklik edilib. Klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, paytaxt təmsilçisinin Nizamnaməsinə uyğun olaraq Azərbaycan Beynəlxalq Bankı ASC-nin İdarə Heyəti Akif Əhmədiya oğlu Əliyevin və Yohann Enqbrextin "İnter"in Müşahidə Şurasına üzv seçilmələri barədə qərar qəbul edib.
Bundan əlavə, həmin qərarla Yohann Enqbrext "İnter"in Müşahidə Şurasının sədri vəzifəsinə təyin olunub.