cümə, 20 may 2022

BİZİM FUTBOL

“Qəbələ” "Neftçi"nin məğlubiyyətsizlik seriyasını qırdı

09.05.2022 22:10 Oxundu 191


Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVI tura yekun vurulub.

Turun son matçında "Qəbələ" "Neftçi"ni qəbul edib. Qəbələ şəhər stadionunda baş tutan qarşılaşma meydan sahiblərinin minimal hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 76-cı dəqiqədə penaltidən İsnik Alimi vurub.

İlk hissənin sonlarında insident baş verib. Buna paytaxt klubunun müdafiəçisi Mamadu Mbocun "Qəbələ"nin hücumçusu Fernan Lopesə qarşı sərt oynaması səbəb olub. Epizoda görə etirazını bildirən ispaniyalı oyunçu rəqiblə mübahisə edib. Onların əlbəyaxa olmasına digər futbolçular imkan verməyiblər.

Matçın sonlarında isə azarkeşlər meydana fişəng atıblar. Bu səbəbdən görüş qısa müddətdə dayanıb. "Neftçi"nin qapıçısı İvan Brkiç fişəngi kənara çıxardıqdan sonra oyun davam edib.

Bu qələbə ilə xallarını 41-ə çatdıran əyalət təmsilçisi yenidən 4-cü pilləyə yüksəlib.