cümə, 19 aprel 2024

BİZİM FUTBOL

Samir Abasov: “Futbolçularımdan narazı deyiləm”

09.05.2022 23:10 Oxundu 484


"Neftçi"nin baş məşqçisi Samir Abasov səfərdə "Qəbələ"yə 0:1 hesabı ilə uduzduqları matçdan "CBC-Sport”a açıqlama verib:

"İnamlı çıxış etdik. İlk dəqiqələrdən nəzarəti ələ aldıq. Bu cür təzyiq gözləyirdik. Çünki rəqibə xal lazım idi. Hər şey gözlədiyimiz kimi başladı. Amma rəqib daha istəkli idi. Futbolçularımdan narazı deyiləm. Onlar əllərindən gələni etməyə çalışdılar. Rəqibi qələbə münasibətilə təbrik edirəm".

O bildirib ki, matçın gedişində "istefa" şüarları səsləndirənlər həyatda mövqeyi olmayan insanlardır: "Onlar ötən mövsüm yanımızda fırlanırdılar. Məni buraya azarkeş gətirməyib. Klub nə qərar versə, o da olacaq. Azarkeş heç nəyi həll etməyəcək. Boş verin, getsin".