cümə, 29 mart 2024

DÜNYA FUTBOLU

Kriştiano Ronaldo: "Ümid edirəm ki, ten Haqla kuboklar qazanacağıq”

14.05.2022 12:00 Oxundu 459

Kriştiano Ronaldo Erik ten Haqın "Mançester Yunayted"ə baş məşqçi təyin olunmasına münasibət bildirib.
- Bilirəm ki, ten Haq “Ayaks”da heyrətamiz iş görüb, o, təcrübəli məşqçidir. Amma ona “Mançester Yunayted”də vaxt lazımdır. O, lazımi dəyişiklikləri etməlidir. Əlbəttə, ümid edirəm ki, onunla uğur qazanacağıq. Ona ən yaxşısını arzulayıram. Biz şadıq və səbirsizliklə haqın yolunu gözləyirik. Təkcə futbolçular yox, həm də azarkeşlər. Ümid edirəm ki, növbəti mövsüm kuboklar qazanarıq”, - “Mançester Yunayted”in rəsmi saytı Ronaldoda sitat gətirir.