cümə, 20 may 2022

DÜNYA FUTBOLU

Stanislav Çerçesov: “Rusiya millisinin vəziyyəti dəyərləndirilməlidir”

14.05.2022 12:01 Oxundu 186

Stanislav Çerçesov Rusiya yığmasının beynəlxalq turnirlərdən kənarlaşdırılmasını nəzərə alaraq təqvimdən danışıb.
Rusiya millisinin keçmiş baş məşqçisi Stanislav Çerçesov bildirib ki, Rusiya futbolunun və klubların rəhbərliyi Rusiya millisinin beynəlxalq oyunlardan kənarlaşdırılması ilə bağlı vəziyyəti dəyərləndirməli və milli komandaların oyunları üçün təqvimdə fasilələr barədə qərar verməlidir.
- Birincisi, federasiya anlamalıdır ki, bizim hansı üfüqlərimiz var, bu üfüqlər nə vaxt açıla bilər? Klublar bu vəziyyəti dəyərləndirməlidir. Millini toplamaq imkanı verəcəklərmi? Biri ilə oynamaq imkanı olacaqmı? Yoxsa yenə “gənclər komandası” ilə, ya da klublarla oynayacaqlar? Bütün hallarda də fasilə olacaq. Bu fasilə gələn il, milli komandanın təqvimində nəzərə alınacaqmı, bilmirəm, - deyə Çerçesov Match TV-yə bildirib.
Xatırladaq ki, Ukraynadakı vəziyyətlə əlaqədar Rusiya milli komandaları və klubları beynəlxalq turnirlərdə iştirakdan kənarlaşdırılıb. Ötən həftə UEFA İcraiyyə Komitəsi Rusiya klublarının növbəti mövsüm Avropa miqyaslı turnirlərdə, milli komandanın isə Millətlər Liqasında iştirak etməyəcəyinə qərar verib.