cümə, 01 iyul 2022

DÜNYA FUTBOLU

Yusuf Yazıçı ÇSKA-da qalacaqmı?

21.05.2022 15:49 Oxundu 278

ÇSKA-nın yarımmüdafiəçisi Yusuf Yazıçının agenti Adam Çebeci futbolçusunun gələcək taleyi ilə bağlı fikirlərini bölüşüb.
"Ümid edirəm ki, Yusuf CSKA-da qalacaq",- deyə Çebeci “SE”yə bildirib.
Xatırladaq ki, Ukraynaya hərbi müdaxiləsi ilə əlaqədar olaraq Rusiya futboluna beynəlxalq sanksiyalar tətbiq edilib. Bu səbəbdən də UEFA və FİFA Rusiya klublarında çıxış edən əcnəbilərə müqavilələrini birtərəfli qaydada pozmaq  hüququ verib.