cümə axşamı, 28 mart 2024

BİZİM FUTBOL

30-cu Azərbaycan çempionatı başa çatdı

21.05.2022 23:51 Oxundu 607

Bu gün Azərbaycan çempionatının sonuncu – 28-ci turu keçirilib. “Qəbələ” “Sabah”ı, “Zirə” “Şamaxı”nı, “Sumqayıt” “Səbail”i, “Qarabağ” isə “Neftçi”ni qəbul edib. Son tur bürünc mükafatçını müəyyənləşdirmək baxımından əhəmiyyətli olub. Bu turda “Zirə”nin xal itirməsi və “Qəbələ”nin qalib gələcəyi təqdirdə qəbələlilər bürünc mükafata sahib çıxacaqdılar. Lakin “Qəbələ”-“Sabah” oyununda qalib müəyyən olunmadığından (1:1) bürünc mükafatı xal itirsə də (0:0) “Zirə” qazanıb.
Turnir cədvəli baxımından əhəmiyyət daşımayan digər oyunlarda aşağıdakı nəticələr qeydə alınıb.
“Qarabağ” – “Neftçi” 4:1
“Sumqayıt” -  “Səbail”  5:0.
Bununla da 30-cu Azərbaycan çempionatı başa çatıb.
“Qarabağ” – “Neftçi” oyunundan sonra AFFA mükafatlandırma mərasimi keçirib.