cümə, 29 mart 2024

DÜNYA FUTBOLU

Ronaldo qərarsız qalıb

02.08.2022 16:10 Oxundu 471

Kristiano Ronaldo mövsüm başlamazdan əvvəl "Mançester Yunayted"dən ayrılmaq istəyir.
AS xəbər verir ki, "Mançester Yunayted"in portuqaliyalı hücumçusu Kriştiano Ronaldo Premyer Liqanın yeni mövsümü başlamamış, yəni avqustun 7-dən əvvəl klubu tərk etmək istəyir. Məsələ burasındadır ki, 37 yaşlı futbolçu mövsümə bir klubda başlayıb, başqa klubda davam etdirmək istəmir.
Futbolçunun agenti Xorxe Mendes son bir həftə ərzində Avropa klubları ilə fəal danışıqlar aparsa da, hələlik Ronaldo ilə bağlı konkret məlumat verilməyib. Kristiano üçün ən çox ehtimal olunan iki namizəd “Atletiko” (Madrid) və İtaliyanın “Napoli” klublarıdır. Lakin bir sıra səbəblər futbolçunun bu komandalara keçməsinə mane olur..