cümə, 19 aprel 2024

BİZİM FUTBOL

Ruslar  "Qarabağ"ı favorit saysa da... 

02.08.2022 16:52 Oxundu 461
 
Avqustun 3-də Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununda “Qarabağ” klubu Macarıstanın “Ferensvaroş” klubu ilə qarşılaşacaq. Uğura kim daha yaxındır?
Rusiya futbol ictimaiyyəti bu oyuna çox önəm verir. UEFA Rusiya klublarını Avropa miqyaslı turnirlərdən məhrum etdikdən sonra onlar həmyerliləri Stanislav Çerçesovun rəhbərlik etdiyi “Ferentsvaroş”u dəstəkləmək məcburiyyətində qalıblar.
Aşağıda kulichki.ru saytının "Qarabağ" - "Ferentsvaroş" oyunu barədə proqnozunu dərc edirik:
“Qarabağ” Stanislav Çerçesovlu “Ferentsvaroş” sınağına gedən yolda iki təsnifat mərhələsi keçib. Əvvəlcə Azərbaycan komandası geri dönüş etdi: Polşada “Lex”ə məğlub olduqdan sonra onlar öz meydanında güclü rəqibin qapısından 5 top keçirərək inamlı qələbə qazandılar. Bundan sonra daha bir güclü rəqiblə - İsveçrənin “Sürix” komandası ilə üz-üzə gəldilər: evdə gərgin mübarizədə qələbə və rəqib meydançasında əlavə vaxtda “döyüşlü” heç-heçə.
Stanislav Çerçesovun yetirmələrinə gəlincə, Macarıstan komandasının avrokuboklara vəsiqə qazanma yolu Qazaxıstanda başladı, burada “Tobol”un qapısına yol tapmasa da, evdə inamlı qələbə qazandı. Sonra evdə  Slovakiya “Slovan”ından gözlənilməz məğlubiyyət aldı. Amma bu nəticəni Slovakiyada inamlı qələbə ilə korrektə etdi.
Qeyd edək ki, həftəsonu Macarıstan çempionatının açılış turunun oyununda “Ferentsvaroş” qələbə qazanıb.
 
Statistik faktlar
 – komandalar əvvəllər qarşılaşmayıblar;
- “Qarabağ” hazırkı seçmə mərhələdə hər iki qələbəni evdə qazanıb;
- “Qarabağ” keçirdiyi son üç oyun üstün olub;
- keçmiş mərhələlərdə “Qarabağ” “Lex” və “Sürix”i keçib;
– “Ferentsvaros” hazırkı təsnifat mərhələsində iştirak etdiyi dörd matçdan üçündə üstün olub;
– “Ferentsvaros” əvvəlki təsnifat mərhələlərində “Tobol” və “Slovan”ı keçib;
– “Ferentsvaroş” həftəsonu Macarıstan çempionatında “Puşkas Akademiyası” üzərində minimal hesablı qələbə ilə başladı;
- Macarıstan klubları Azərbaycan təmsilçiləri ilə 4 dəfə qarşılaşıb: 3 qələbə, 1 məğlubiyyət, top fərqi 7:6.

Proqnoz
Çox güman ki, məhsuldar qələbə olmayacaq, çünki hər iki komanda müdafiəyə önəm verərək intizamlı futbol oynamaq bacarığı ilə seçilir. Bu oyunun nominal favoriti “Qarabağ” sayılır. Lakin ola bilsin ki, autsayder statusuna malik olan “Ferentsvaroş” qələbəyə nominal favoritdən daha yaxın olsun.