cümə axşamı, 25 aprel 2024

BİZİM FUTBOL

U-16 millimiz Türkiyə yığması ilə qarşılaşacaq

20.09.2022 15:28 Oxundu 441

16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının sentyabrın 21-dən 25-dək Bakıda, 26-dan 30-dək isə Türkiyənin Erzurum şəhərində təlim-məşq toplanışı olacaq. Millimiz hazırlıq çərçivəsində sentyabrın 27-də və 29-da Türkiyənin müvafiq yaş qrupundan ibarət komandasına qarşı iki yoldaşlıq oyunu keçirəcək. Bakı toplanışından sonra yoldaşlıq oyunları üçün yekun heyət müəyyənləşəcək. Hazırlıq prosesinə dəvət olunmuş futbolçuların siyahısı açıqlanıb. Heyətə dəvət alan 26 futbolçudan 9-u "Sabah" komandasını təmsil edir:
Həbib Hüşənov (“Qəbələ”),  Aftandil Arıxov (“Sumqayıt”), Ayxan Əlizadə (“Sabah”), Məsud Əlişanlı (EFA), Tuncay Əhmədov ( “Sabah”), Raul Babayev (“Qəbələ”), Tunar Mehdizadə (“Sabah”),  Ramin Əvəzov  (“Sabah”),  Səmid Əhmədov (“Qəbələ”), Vüsal Paşayev (“Sumqayıt”), Həzrət Səmədov (“Sabah”), Akif Əliyev (EFA),  Atilla Hüseynli  (“Sabah”), Sadiq Məmmədli (ROFM), Eltun Babazadə (“Qarabağ”), Dilavər Verdiyev (“Sumqayıt”), Ömər Kərimov (“Qəbələ”), Babamirzə Mehdiyev (“Sabah”), Anar Hüseynov (“Sabah”), Amin Muradov (“Neftçi”), Ziya Şəkərxanov (“Qəbələ”), Ömər Nəsibov (“Neftçi”), İbrahim Xəlilov (“Sabah”), Amid Qasımov (“Qarabağ”), Ümid Səlimov (“Şamaxı”), Toğrul Tapdıqlı (“Sumqayıt”).