20.09.2022 15:59
551
Ukrayna Futbol Assosiasiyasının (UAF) prezidenti Andrey Pavelko Rusiya yığmasının Avro-2024-ə buraxılmayacağını bildirib.
Pavelko sosial şəbəkələrdən birində yazıb: "Rusların sadəcə hazırlaşacaq heç nələri yoxdur. Tələb etdiyim kimi, Rusiya oktyabrın 9-da Almaniyanın Frankfurt şəhərində olmayacaq. Ən azı 2024-cü ilə qədər onlar rəsmi beynəlxalq futbol yarışlarına buraxılmayacaqlar".