çərşənbə axşamı, 16 aprel 2024

DÜNYA FUTBOLU

Türkiyə yığması B Liqasına yüksəldi

23.09.2022 01:02 Oxundu 382

UEFA Millətlər Liqasının qrup mərhələsində V tura start verilib.
A, C və D Liqalarında ümumilikdə 10 oyun keçirilib.
A Liqasının 1-ci qrupunda Danimarkanı 2:1 hesabı ilə məğlub edən Xorvatiya seçməsi liderliyə yüksəlib. Avstriyanı 2 cavabsız qolla üstələyən Fransa yığması sonuncu pillədən qurtulub.
4-cü qrupda səfərdə Polşaya 2:0 hesabı ilə qalib gələn Niderland millisi liderliyini qoruyub. Qrupun digər görüşündə Belçika Uelsi məğlubiyyətə uğradıb - 2:1.
C Liqasının 1-ci qrupunda evdə Lüksemburqla 3:3 hesablı heç-heçə edən Türkiyə yığması B Liqasına vəsiqə qazanıb. Litva - Farer adaları matçında isə qalib müəyyənləşməyib - 1:1. Bu nəticədən qrupda sonuncu olan Litvanın D Liqasına düşəcəyi dəqiqləşib.
3-cü qrupda Belarusu 2:1 hesabı ilə məğlub edən Qazaxıstan seçməsi qrup liderliyini rəsmiləşdirib. Azərbaycan millisi Trnavada Slovakiyanı 2:1 hesabı ilə məğlub edərək ikinci pilləyə yüksəlib. Belarus kollektivi D Liqasına düşüb.
Nəhayət, D Liqasında Moldova səfərdə Latviya ilə, Andorra isə Lixtenşteynlə matçda qələbə qazanıb.
UEFA Millətlər Liqası
Qrup mərhələsi, V tur
A Liqası
1-ci qrup
Fransa - Avstriya - 2:0
Qol: Kilian Mbappe, 56. Olivye Jiru, 65
Xorvatiya - Danimarka - 2:1
Qol: Borna Sosa, 49. Lovro Mayer, 79 - Kristian eriksen
Xal durumu: Xorvatiya - 10, Danimarka - 9, Fransa - 5, Avstriya - 4
4-cü qrup
Polşa - Niderland - 0:2
Qol: Kodi Qakpo, 14. Stiven Berqveyn, 60
Belçika - Uels - 2:1
Qol: Kevin De Brüyne, 11. Mişi Batşuayi, 37 - Kieffer Moore, 50
Xal durumu: Niderland - 13, Belçika - 10, Polşa - 4, Uels - 1
C Lqası
1-ci qrup
Türkiyə - Lüksemburq - 3:3
Qollar: Cengiz Ünder, 16 (penalti). Maksim Şano (avtoqol), İsmail Yüksek, 87 - Marvin Martins, 9. Danel Sinani, 37. Jerson Rodriges, 69
Litva - Farer adaları - 1:1
Qol: Vykintas Slivka, 41 - Yakub Andreasen, 22
Xal durumu: Türkiyə - 13, Lüksemburq – 8, Farer adaları – 5, Litva – 1
3-cü qrup
Qazaxıstan - Belarus - 2:1
Qollar: Mixail Qabışev, 29. Baxtiyor Zaynutdinov, 79 - Pavel Savitski, 45+3
Qırmızı vərəqə: Askat Taqibergen, 90+4 (Qazaxıstan)
Slovakiya - Azərbaycan - 1:2
Qollar: Erik Yirka, 90+3 (penalti) - Renat Dadaşov, 44. Höccət Haqverdi, 90+5
Xal durumu: Qazaxıstan - 13, Azərbaycan - 7, Slovakiya - 6, Belarus - 2
D Liqası
1-ci qrup
Latviya - Moldova - 1:2
Qollar: Yanis İkauniyeks, 55 - Yoan-Kelin Revenko, 26. Yon Nikolaesku, 45
Lixtenşteyn - Andorra - 0:2
Qol: Albert Rosas, 4. Joan Cervos, 81
Xal durumu: Latviya - 12, Moldova - 10, Andorra - 7, Lixtenşteyn - 0