cümə, 29 mart 2024

BİZİM FUTBOL

Azərbaycan futbolunun coğrafiyası

15.11.2022 17:42 Oxundu 393

Hazırda Azərbaycan futbol çempionatının yuxarı eşelonunda 10 komanda mübarizə aparır. Çempionatda iştirak etmək üçün komandaların hamısı birlikdə 243 futbolçu sifariş ediblər. Bunlardan 164-nün Azərbaycan pasportu var.  (Azərbaycanlıdır deyə bilmirəm, çünki bura milliləşdirilmiş futbolçular da daxildir. Təxmini hesablamalarımıza görə, milliləşdirilmiş futbolçuların sayı 15-dir).  Çempionatımızda 79 futbolçu legioner statusu ilə oynayır.  Həmin futbolçular  4 qitədən 35 ölkəni təmsil edirlər.  50 futbolçu Avropanı, 15 futbolçu Afrikanı, 12 futbolçu Amerikanı və 2 futbolçu Asiyanı təmsil edir. Asiyalı  futbolçularından biri UEFA bayrağı altında çıxış edən Qazaxıstan vətəndaşı, digəri isə İrandan olan azərbaycanlıdır.
Futbolumuzda  ən çox – 9 futbolçu ilə Gürcüstan təmsil olunur. Braziliya 8 futbolçu ilə ikinci yerdədr. Üçlüyü 6 futbolçu ilə Portuqaliya tamamlayır. Çempionatımıza  Nigeriyadan  5, Serbiya və Ukrainadan  4, Fransa, İspaniya, İsrail və Monteneqrodan 3, Argentina, Belarus, Şimali Makedoniya, Qana, Rusiya, Toqo və Xorvatiyadan 2, Almaniya, Belçika, Bolqarıstan, Bosniya və Herseqovina, Burkino Faso, Cənubi Afrika, İordaniya, İran, Kamerun, Kolumbiya, Niderland, Paraqvay, Qazaxıstan, Qvineya, Seneqal və Yunanıstandan 1 futbolçu gəlib.
 “Şamaxı” yeganə komandadır ki, heyətində əcnəbi futbolçu yoxdur.
“Neftçi”, “Sabah” və “Sumqayıt”ın hər birində 10 əcnəbi var. “Qarabağ” və “Zirə”də 9, “Qəblə”, “Səbail” və “Turan” 8 əcnəbinin xidətindən istifadə edir.  “Kəpəz” 7 əcnəbi sifariç edib.
Çempionata ən çox futbolçunu “Sabah” komandası sifariş edib – 27 futbolçu. Sonrakı 2 yeri 26 futbolçu ilə “Sumqayıt” və “Şamaxı” tutur.  Ən az futbolçu sifriş edən komanda “Kəpəz” dir – 22 futbolçu.