cümə axşamı, 25 aprel 2024

BİZİM FUTBOL

Millimiz ardıcıl 4-cü qələbəsini qazandı

17.11.2022 00:14 Oxundu 396

Futbol üzrə Azərbaycan milli komandası yoldaşlıq oyunu keçirib.
2024-cü il Avropa çempionatının seçmə mərhələsinə hazırlıq xarakteri daşıyan matçda rəqib Moldova yığması olub. Kişinyovun "Zimbru" stadionunda oynanılan görüş komandamızın 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Azərbaycan millisi 3-cü dəqiqədə hesabı açmaq için real imkan əldə edib. Lakin meydan sahiblərinin qapıçısı Dmitri Çelyadnik buna imkan verməyib. 7-ci dəqiqədə Höccət Haqverdinin sol ayaqla vurduğu zərbə istənilən kimi alınmayıb. Meydan sahibləri 11-ci dəqiqədə ilk hücumunu reallaşdırıb. Vadim Ratsen hücumudəqiq zərbə ilə başa çatdıra bilməyib. Oyunun 28-ci dəqiqəsində millimiz hesabı açıb. Ramil Şeydayev cinahdan qapıya paralel ötürmə edib, Emin Mahmudov isə cüzi toxunuşla topu qapıya yönəldib. 37-ci dəqiqədə Anton Krivotsyukun, 40-cı dəqiqədə isə Emin Mahmudovun zərbəsindən sonra top müvafiq olaraq qapı tirinə və dirəyə dəyib. 42-ci dəqiqədə Aleksey İsayev 2-ci topu moldovalıların qapısından keçirib. İlk hissə bu hesabla başa çatıb.
İkinci yarıda da hücumlarını davam etdirən Azərbaycan millisi 56-cı dəqiqədə 3-cü qolu vurmağa yaxın olub. Amma Riçard Almeydanın zərbəsi bir qədər qeyri-dəqiq alınıb. Hissənin ortalarında ev sahibləri təşəbbüsü ələ almağa çalışıblar. Əsas vaxta əlavə olunmuş 2-ci dəqiqədə Nikita Motspan meydan sahiblərinin təsəlli qoluna imza atıb.