şənbə, 27 aprel 2024

DÜNYA FUTBOLU

Şimali Koreya televiziyaları Cənubi Koreyanın oyunlarını göstərmir

25.11.2022 15:37 Oxundu 501

Cənubi Koreyanın KBS telekanalı  xəbər verir ki, KXDR Mərkəzi Televiziyası Qətərdə keçirilən dünya çempionatında Cənubi Koreya, ABŞ və Yaponiya milli komandalarının iştirakı ilə keçiriləcək futbol oyunlarını nümayiş etdirməmək qərarına gəlib.
Cənubi Koreya və Uruqvay komandaları arasında matç yerli vaxtla cümə axşamı axşam saatlarında baş tutub, lakin həmin oyun Xalq Cümhuriyyətinin Mərkəzi Televiziyasının yayım proqramına daxil olmayıb. Eyni zamanda, cümə axşamı İsveçrə və Kamerun, Portuqaliya və Qana milli komandaları arasında da görüşlər keçirilib. Bu matçların redaktə edilmiş yazıları oyunlar bitdikdən sonra KXDR-in televiziya ekranlarında göstərilib.
KXDR Mərkəzi Televiziyası Yaponiya və ABŞ yığmalarının iştirak etdiyi oyunları da göstərmir. KBS-nin məlumatına görə, KXDR-də 2014 və 2018-ci illərdə keçirilən dünya çempionatları zamanı da bu üç ölkənin milli komandalarının çıxışları yayımlanmayıb. Bundan əvvəl 2002, 2006 və 2010-cu illərdə Cənubi Koreya yığmasının oyunları Xalq Cümhuriyyətində nümayiş etdirilib.