cümə, 26 aprel 2024

DÜNYA FUTBOLU

Poçettino: "Mbappe heyrətamiz istedaddır"

05.12.2022 13:33 Oxundu 402

PSJ-nin sabiq baş məşqçisi Maurisio Poçettino Fransa millisinin hücumçusu Kilian Mbappe haqqında danışıb.
- Mbappe möhtəşəm istedad, parlaq və inanılmaz dərəcədə ağıllıdır. Düşünürəm ki, biz onu çox yaxşı istiqamətləndirdik və indi onun nəticəələrini görürük. Kilianın şişirilmiş eqosu ola bilərmi? Xeyr, bu mənim üçün doğru deyil. Onun davranışları normaldlr, cəmi 24 yaşı var və o, artıq dünya çempionu olub. O, inanılmaz oyunçu və inanılmaz istedaddır. Amma problem ondadır ki, bəzən özünü idarə etmək lazımdır. Biz deyirik ki, o, dünyanın 3-5 ən yaxşı oyunçusundan biridir və bunu çoxları etiraf edirir. Belə vəziyyətdə özünü idarə etmək onun üçün asan deyil,- “Eurosport.co.uk” Poçettinoya istinadən xəbər verir.