cümə axşamı, 28 mart 2024

DÇ-2022

Olivye Jiru: "Uşaqlıq arzum gerçəkləşdi".

05.12.2022 13:39 Oxundu 548

Fransa millisinin hücumçusu Olivye Jiru dünya çempionatının 1/8 finalında Polşaya 3:1 hesabı ilə qalib gəldikləri oyundan sonra fikirlərini bildirib. Matçın nəticəsinə görə, Jiru millinin tarixinin bombardiri olub.
"Uşaqlıq arzum gerçəkləşdi. Bu barədə mənə çoxları danışıblar. İndi yalnız komandamı irəli aparmaq barədə düşünürəm. Macəra davam edir. Komandam səylərinə görə mükafatlandırılır", - “BeIN Sport” Jirunun sözlərini çatdırır.