cümə axşamı, 25 aprel 2024

DÜNYA FUTBOLU

Portuqaliyalı jurnalist: "Ronaldo müdafiə olunmayan və qaçmayan çuvaldır"

07.12.2022 15:08 Oxundu 566
 
Portuqaliyalı jurnalist Flavio Miquel Silva Portuqaliya millisinin İsveçrə üzərində qələbəsini (6:1) şərh edib və oyuna sonradan daxil olan hücumçu Kriştiano Ronaldo haqda kəskin danışıb.
"Hər kəs şokdadır! Heç kim Portuqaliyadan bu nəticəni gözləmirdi. İsveçrə Braziliya ilə gözəl oyun keçirdi və həmin qarşılaşmada onlara qalib gəlmək çox çətin idi.
Hesabı 1:0 edən və bu görüşün sonunda qəhrəman olan Qonsalo Ramosun bu heyrətamiz qolu hamı xoşbəxt etdi. Komandada hamı  bir nəfər kimi kollektiv futbol oynayırdı, təkcə öz fərdi rekordlarını düşünən oyunçu yox idi.
Portuqaliya yaxşı çıxış etdi, Ramos het-trik etdi, amma nədənsə heç kim onun Pele zamanından bəri Dünya Kubokunun bir pley-off matçında üç qol vuran ən gənc oğlan olduğunu fərq etmədi.
Hamı Ronaldodan danışır. Baxın, çuval kimi özünü müdafiə etməyən və qaçmayan Ronaldo ilə Portuqaliya yığmasının əsas fərqi budur. O, dünən meydanda gördüyümüz komanda üçün yox, başqa komanda üçün oynayır”, - Silva “Sport24”ə deyib.