cümə axşamı, 28 mart 2024

DÜNYA FUTBOLU

Erik ten Haq: “Ronaldo "MY” üçün qurmaq istəyimiz gələcəkdə olmaq istəmədi"

25.12.2022 13:32 Oxundu 488
 
“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq bildirib ki, keçmiş hücumçu Kriştiano Ronaldo ilə qalmaqallı müsahibənin hekayəsi keçmişdə qalıb.
- Ronaldo ilə bağlı məsələ həllini tapandan sonra nə hiss edirəm? Artıq bu keçmişdə qalıb. Biz irəli baxırıq və irəliləyirik. Müsahibədən sonra onunla danışmamışam Mən nə hiss etdiyim də keçmişdə qaldı, işimə davam etmək istəyirəm. Biz “Mançester Yunayted” üçün yeni bir gələcək qurmaq istəyirik və Ronaldo bunun bir hissəsi olmaq istəmirdi. Mən enerjimi buna sərf etmək istəmirəm. Biz mövsümü uğurla başa vurmaq istəyirik və bütün diqqətimizi oyunlara yönəltmişik”, - deyə “Mançester Evening News” Ten Haqdan sitat gətirir.