cümə, 26 aprel 2024

DÜNYA FUTBOLU

“Əl-Nəsr” 38 yaşlı Ronaldoya 7 mövsümlük  müqavilə təklif edib

27.12.2022 15:57 Oxundu 521

“CBS Sports”un məlumatına görə, “Əl-Nəsr” klubu Kriştianu Ronaldo üçün tibbi müayinə təyin edib və klubun rəhbəri Marselo Salazar onların portuqaliyalı ilə böyük müqavilə imzalamaq üçün danışıqlar apardıqlarını təsdiqləyib. Klubun portuqaliyalı futbolçuya  illik 190 milyon avro təklif etdiyi iddia edilir. Lakin Kriştianu hələ bu transferə yekun razılıq verməyib.
“Əl-Nəsr” hətta Ronaldo və onun nümayəndələri üçün yaşayış yeri də sifariş edib. Gözlənilir ki, Kriştianu müqavildə nəzərdə tutulan 7 mövsümün ilk 2,5-ni futbolçu kimi keçirəcək, qalan müddət ərzində isə o, böyük turnirlərdə Səudiyyə Ərəbistanının futbol səfiri olacaq.