şənbə, 20 aprel 2024

DÜNYA FUTBOLU

"Əl-Hilal"  Messiyə 280 milyon avro təklif edir

12.01.2023 16:33 Oxundu 400

Argentina milli komandasının və  “Paris Sen-Germen”in hücumçusu Lionel Messi karyerasını Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunda davam etdirə bilər. Klub  Messiyə ildə 280 milyon avro ödəməyə hazır olduğunu bildirib.  Bu barədə “Mundo Deportivo” xəbər verir.
Xatırladaq ki, bir qədər əvvəl dünyanın ən güclü futbolçularından olan Kriştianu Ronaldo da Səudiyyə Ərəbistanının başqa bir komandasına - “Əl-Nəsr”ə keçib.