cümə axşamı, 25 aprel 2024

DÜNYA FUTBOLU

“Barselona”ya qarşı şikayət icraata götürülüb

15.03.2023 23:28 Oxundu 363

İspaniya məhkəməsi İspaniya Kral Futbol Federasiyasının Hakimlər Texniki Komitəsinin keçmiş sədr müavini Xose Mariya Enrikes Neqreyranın ödənişləri alması ilə bağlı prokurorluğun şikayətini qəbul edib. TASS xəbər verir ki, bu barədə cümə günü Kataloniya Ali Məhkəməsinin mətbuat xidməti məlumat yayıb.
Barselona məhkəməsi dövlət ittihamçısının “Barselona”nın iki keçmiş prezidenti və futbol klubunun özünə qarşı verdiyi şikayəti icraata qəbul edib. Onlar korrupsiya və sənədləri təhrif etməkdə şübhəli bilinirlər. Hakim həmçinin Mülki Qvardiyaya işin araşdırılmasını tapşırıb.