cümə, 19 aprel 2024

MPL

“Kəpəz” Premyer Liqada yerini qorudu

14.05.2023 00:03 Oxundu 610


“Qarabağ” XXXIV turda “Səbail”ə səfərdə 3:0 hesabı ilə qalib gələrək, həm özü üçün qızıl medalları rəsmiləşdirib, həm də “Kəpəz”in Premyer Liqada yerini qorumasını təmin edib.

Qatırladaq ki, dünən Gəncə təmsilçisi “Zirə” ilə oyunda etdiyi heç-heçə qazandığı xalların sayını 30-a çatdırmışdı. “Səbail”in bu turda məğlub olması isə “Kəpəz”i iki autsayderdən biri üçün əlçatmaz edib. Belə ki, növbəti turda autsayderlərin hər ikisi qalib gəlsə belə son turda bir-biri ilə qarşılaşaqlar. Həmin oyundakı istənilən nəticə komandalardan birini 30 xal həddinin altında saxlayacaq.