cümə, 29 mart 2024

MPL

Primyer Liqada bütün suallara cavab tapıldı

27.05.2023 22:57 Oxundu 366

Azərbaycan Premyer Liqasında sonuncu – 36-cı tur start götürüb.
İlk oyun günündə üç qarşılaşma keçirilib.
“Sumqayıt” “Zirə”ni, “Qəbələ” “Kəpəz”i qəbul edib. “Qəbələ” Gəncə təmsilçisinin müqavimətini qıra bilməsə də komandaya lazım olan bir xalı qazanaraq UEFA Konfrans Liqasına vəsiqəni rəsmiləşdirib. “Zirə” isə Sumqayıtda darmadağınla qalib gəlməsinə rəğmən, 5-ci yerlə kifayətlənib.
Turun böyük maraqla gözlənilən matçında “Şamaxı” “Səbail”lin qonağı olub. Bu oyunda şamaxılılar yalnız qələbə sayəsində yüksək liqada yerini qoruya bilərdi. Lakin Şahin Diniyevin komandası onlara bu şansı verməyib. Oyun 1:0 hesabı ilə “Səbail”in xeyrinə başa çatıb. Nəticədə “Şamaxı” elita ilə vidalaşıb.
Sabah keçiriləcək “Neftçi” – “Sabah” və “Qarabağ” – “Turan Tovuz” oyunları turnir cədvəli baxımından heç bir əhəmiyyət daşımır. Beləliklə, çempionatın son turunun son iki matçının nəticəsindən asılı olmayaraq Primyer Liqada bütün suallara cavab tapılıb.