1376
Futbol üzrə Argentina yığması gələn ay 2018-ci ildə keçiriləcək dünya çempionatının qrup mərhələsi yarışları çərçivəsində Uruqvay və Venesuela ilə növbəti oyunlarını keçirəcək. Hər iki oyunda Argentina yığmasının əsas heyətində Messi də meydana çıxacaq. Bu barədə məlumat verən Argentina Futbol Assosiasiyasının mətbuat xidməti Messinin yığma komandada oynamağa razılıq verdiyini bildirib. Xatırladaq ki, Kopa Amerika yarışlarında finalda Çili yığmasına Argentinanın məğlub olmasından sonra Messi bir daha ölkə yığmasında oynamayacağını bəyan etmişdi. Buna da səbəb Messinin Argentina yığması ilə birgə bir dəfə dünya çempionatının, iki dəfə də Kopa Amerikanın finalında məğlub olması olmuşdu. Lakin ölkə prezidentinin, futbol federasiyası rəhbərliyinin və çoxsaylı azarkeşlərin xahişindən sonra Messi qərarını dəyişərək yığmada yenidən oynamağa razılıq verdi.
Hazırladı: Əziz Mustafa