çərşənbə axşamı, 20 yanvar 2026

DÜNYA FUTBOLU

“Qalatasaray” Superkuboku penaltilərlə qazandı

13.08.2016 23:55 Oxundu 1453

Türkiyə superkubokunun qalibi bəllli olub. Həlledici oyunda son çempion “Beşiktaş”la ölkə kubokunu qazanan “Qalatasaray” üz-üzə gəlib. Konyadakı "Torku Arena"da keçirilən görüşün əsas vaxtı qolsuz, əlavə vaxtı isə 1:1 hesabı ilə başa çatıb. Buna görə də penaltilərə ehtiyac duyulub. Burada daha dəqiq olan "Qalatasaray" superkuboku qazanıb. Bele ki, "Beşiktaş" ilk 3 penaltinin heç birindən yararlana bilməyib.


13 avqust

Türkiyə superkuboku

“Beşiktaş” – “Qalatasaray” – 1:1 (Penltilər - 0:3 )
Qollar:
Hakan Balta, 100 (0:1), Şedju, 107-avtoqol (1:1)