cümə, 06 iyun 2025

DÜNYA FUTBOLU

İnzaqi “İnter”dən getdi

04.06.2025 14:00 Oxundu 173
 
Milan "İnter"inin rəsmi saytı bildirir ki, komandanın baş məşqçisi Simone İnzaqi postunu tərk edib. Qərarın tərəflərin qarşılıqlı razılığı əsasında qəbul edildiyi ayrıca vurğulanıb.
Xatırladaq ki, 49 yaşlı İnzaqi 2021-ci ildə "neradzurri"ni təhvil alıb. Mütəxəssis çempionluğu dərhal əldə etməyib, 2023/2024 mövsümündə qalib olub, buna qədər isə 3 dəfə İtaliya Superkubokunu və iki dəfə İtaliya Kubokunu qazanıb. İnzaqinin rəhbərliyi altında "İnter" iki dəfə Çempionlar Liqasının finalına yüksəldi (2022/23 mövsümündə və başa çatan mövsümdə), lakin heç vaxt əsas Avropa klub kubokunu qazana bilmədi.