04.06.2025 14:12
198


Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) penaltiy vuruşları zamanı ikiqat toxunuşla bağlı cərimə zərbəsinin icrası qaydalarına dəyişiklik edib.
IFAB-ın rəsmi saytının verdiyi məlumata görə, əgər zərbə vuran oyunçu tərəfindən təsadüfən ikiqat toxunma olarsa, penaltilər təkrarlanacaq. Lakin qol vurulmayıbsa və ya zərbə vuran şəxs bilərəkdən topa ikinci dəfə toxunubsa, bu halda penalty vuran komandanın əleyhinə sərbəst zərbə təyin olunacaq. Bu insident penaltilər seriyası zamanı baş verərsə, penalti zərbəsi vurulmamış hesab ediləcək.
Yeni qaydalar rəsmi olaraq bu il iyulun 1-dən qüvvəyə minəcək, lakin artıq yarışlarda tətbiq oluna bilər.