19.06.2025 14:13
164


Beynəlxalq Futbol Federasiyası (FİFA) İsrail çempionatının legionerlərinə klublarla əmək müqavilələrini birtərəfli qaydada dayandırmağa rəsmən icazə verib. "Cempion.az" "One" nəşrinə istinadən bildirir ki, futbolçuların maliyyə sanksiyaları olmadan komandaları tərk etmək hüququ var, klublar isə oyunçuları sərbəst buraxmağa borcludurlar.
Analoji qərar artıq iki il əvvəl FİFA tərəfindən tətbiq edilmişdi - 2022-ci ilin iyununda Rusiya klublarının əcnəbi futbolçuları Ukraynadakı vəziyyətlə əlaqədar müqavilələrinə birtərəfli qaydada xitam vermək hüququ əldə etmişdilər.
Qərarın səbəbi kimi Yaxın Şərqdə kəskin eskalasiya göstərilib: İyunun 13-nə keçən gecə İsrail İranın nüvə obyektlərinə zərbə endirib və bu, cavab raket hücumuna səbəb olub.