çərşənbə, 09 iyul 2025

DÜNYA FUTBOLU

Rusiyalı funksioner: “UEFA bizi öz yerimizə qaytarmalıdır”

09.07.2025 14:32 Oxundu 166

Rusiya Futbol İttifaqının (RFİ) baş katibi Maksim Mitrofanov bəyan edib ki, Rusiya klub futbolunun nümayəndələri UEFA ilə danışıqlar aparacaq ki, beynəlxalq arenaya qayıdarkən bizim klub reytinqimiz 2022-ci ilin martında olduğu kimi qalsın. Xatırladaq ki, Rusiya futbolu o vaxt UEFA reytinqində 8-ci yerdə idi.
"Mənim mövqeyim ondan ibarətdir ki, bizi öz yerimizə - yəni 8-ci yerə qaytarmaq lazımdır. Biz sualı belə qoymalıyıq, bunun üçün mübarizə aparmalıyıq. Elə ölkələr var ki, həmin ölkələrin siyasətçiləri bu mövqeyi dəstəkləmir, assosiasiyalar isə dəstəkləyirlər, amma siyasətçilərin ağzına baxırlar.  Ən çətin məsələ budur”,  – Mitrofonov “РБ Спорт»a müsahibəsində deyib.
Yada salaq ki, Rusiya futbolu, istər klub, istərsə də bütün yaş qrupları üzrə milli komandalar səviyyəsində, 2022-ci ilin martından FİFA və UEFA-nın sanksiyaları altındadır. Sanksiyalar qeyri-müəyyən müddətə tətbiq edilib. Lakin Rusiya futbolunun rəhbərləri hesab edirlər ki, onların klublarına gələn ildən etibarən beynəlxalq yarışlarda iştiraka icazə verilə bilər.