09.07.2025 14:39
166


"Real Madrid" La Liqa rəhbərliyindən İspaniya çempionatının ilk turunun oyununun təxirə salınmasını rəsmən istəyib. "The Athletic"in məlumatına görə, klub İspaniya Futbolçular Assosiasiyası (AFE) ilə birlikdə Klublararası Dünya Çempionatında çıxışların sıx qrafikini əsas gətirərək, müvafiq sorğular göndərib.
Xatırladaq ki, “Real Madrid”in avqustun 19-da “Osasuna” ilə qarşılaşması planlaşdırılıb.Lakin madridlilər bu gün (iyulun 9-da) dünya çempionatının yarımfinalında PSJ ilə qarşılaşacaqlar, finala yüksəlsələr, iyulun 13-də həlledici matça çıxacaqlar.